Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Antalyada Azərbaycan şəhidləri üçün abidə açılıb (FOTO)

Azərbaycan şəhidlərinin xatirəsi qardaş ölkədə də əbədiləşdirilir.

Antalyada Kəpəz bələdiyyəsində millət vəkili Qənirə Paşayevanın təklifi əsasında Azərbaycan şəhidləri abidəsinin açılışı olub.

Din.az Trend-ə istinadən bildirir ki, Kəpəz bələdiyyə sədri Hakan Tütüncü abidənin bugünkü və gələcək nəsillər üçün önəmi barədə geniş çıxış edib.

Millət vəkili Q.Paşayeva Kəpəz bələdiyyə sədrinə təşəkkürünü bildirib və bu addımın bütün Türk dünyası üçün gözəl bir örnək olduğunu deyib.

Q.Paşayevanın Kəpəzdə Azərbaycan küçəsinin və Qarabağ parkının açılması, orada Azərbaycanla bərabər Türkiyə və Türk dünyası üçün də böyük xidmətləri olmuş aydınların büstünün qoyulması, xatirə lövhələrinin olması və gənc nəsillərimizə onların daha geniş tanıdılması təkliflərinə gəlincə Kəpəz bələdiyyə başqanı onun qısa zamanda reallaşacağını bildirib.

Azərbaycanın erməni terrorundan əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib və Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumat verib: “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür açılışları, tədbirləri o gözəl torpağımızda da keçirəcəyik”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...