Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Anti-islamçı hərəkatın liderinin Britaniyaya gəlməyi ilə qovulmağı bir oldu

Lutz Baçmann bazar günü səhər saatlarında Britaniyadan çıxarılıb.

Almaniyanın anti-islamçı “Pegida” hərəkatının banisi Lutz Baçmannın Böyük Britaniyaya girməsi əngəllənib və o aeroportdan deportasiya olunub.

Din.az xəbər verir ki, bu haqda “The İndependent” yazıb.

Bildirilir ki, o, şənbə günü axşam saatlarında “Stansed” aeroportunda yerə enib və dərhal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Lutz Baçmann bazar günü səhər saatlarında Britaniyadan çıxarılıb.

Qeyd edək ki, Baçman 1998-ci ildə bir neçə illik müddətə azadlıqdan məhrum edildikdən sonra Cənubi Afrikaya qaçıb. Lakin o, az sonra tutularaq Almaniyaya deportasiya edilib.

“Pegida” hərəkatı miqrantlara və islama qarşı sərt mövqe tutub. / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...