Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Aprel döyüşlərində dağıdılan dini abidələrimiz – VİDEO

Komitə zərər görən abidələrin siyahısını açıqladı

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi aprel döyüşləri zamanı Ermənistan ordusunun açdığı atəş nəticəsində ziyan görən tarixi idini abidələrin siyahısını açıqlayıb.

Məlumda qeyd olunur ki, Mahrızlı kənd qəbirstanlığında 6 qəbir tamamilə yararsız hala düşüb, 7-nin üzərində daşlar dağılıb.

Ağdam və Tərtər rayonlarının ərazilərində XIX əsrə aid olan tarixi dini abidələr məhv olub. Bunlardan Ağdam rayonunun Xındırıstan, Əhmədağalı və Zəngişalı kənd məscidlərinin divarlarında böyük çatlar əmələ gəlib.

Bundan başqa Tərtərə atılan top mərmiləri Cümə məscidinin də divarlarında çatlar yaradıb.

Qeyd edək ki, işğal altında olan torpaqlardakı dini abidələri sayı 403-dür.

“Din.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...