Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Aprel şəhidimiz haqqında film çəkilir -FOTOLAR

Şəhid Ravil Novruzovun xatirəsi xalqımız tərəfindən uca tutulur.

2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olan Ravil Novruzovun həyat və döyüş yolundan bəhs edən film çəkilir.

Din.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəsi Şurasının maliyyə dəstəyi ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Bilriyinin “Aprel döyüşlərində şəhid olan Ravil Novruzovun xatirəsinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində ərsəyə gələcək filmin iyul ayında təqdimatı nəzərdə tutulub.

Filmin rejissoru Dəyanət Rzayev, prodüseri Vəli Turan, ssenari müəllifi Coşğun Beydullayev, quruluşçu operatoru Elmar Nəbiyevdir. Filmin çəkilişləri şəhidin doğulduğu Xızı rayonunda həyata keçirilir. Filmdə şəhdin R. Novruzovun obrazını gənc aktyor Rəşad Əliyarov canlandırır.

“Gerçək olan arzu” adlı 30 dəqiqəlik ekran işinin “ARB Media Qrupa” daxil olan “ARB Günəş”-də yayımlanması nəzərdə tutulub. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...