Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Aprel şəhidləri xatirəsinə ictimai birlik və kitabın təqdimatı – “Təki Vətən yaşasın”

“Şəhid olan igid Vətən oğullarının xatirəsi həmişə əziz tutulur”.

Aprel döyüşləri xalqımızın hərb tarixinin ən parlaq səhifələrindən biridir. Dörd gün davam edən həmin döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin gücünü, əsgər və zabitlərin döyüş bacarığını, ordunun peşəkarlığını ortaya qoydu. 2016-cı ilin aprelində baş verən döyüşlər xalqın orduya olan inamını daha da artırdı. Xalq və ordu arasındakı münasibət yeni mərhələyə qədəm qoydu. Aprel döyüşləri Milli Ordu hissələrində döyüş ruhunun, Vətən sevgisinin, mübarizə əzminin nə qədər yüksək olduğunu, onların qəhrəmanlığının nümayişinə çevrildi. Həmin döyüşlərdə şəhid olan igid Vətən oğullarının xatirəsi həmişə əziz tutulur, ehtiramla yad edilir.

Din.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində “Aprel-2016: Şəhid ailələrinə dəstək” İctimai Birliyinin və “ASAN xidmət”in təşkilati dəstəyi ilə keçirilən “Təki Vətən yaşasın…” tədbirində bu barədə danışılıb.

Tədbir mərkəzin foyesində Aprel döyüşləri qəhrəmanlarına həsr olunan kitablar və fotosərginin nümayişi ilə başlanıb.

Aprel döyüşlərinin ikinci ildönümünə həsr olunan tədbirdə İctimai Birliyin həmsədrləri Aida Eyvazlı və Sevinc Əlizadə yeni yaratdıqları təşkilatın məqam və məqsədi barədə məlumat veriblər. Qeyd edilib ki, torpaqlarımızın qorunması uğrunda şəhid olan Vətən oğullarının tanıdılması və xatirələrinin əbədiləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün bir sıra layihələr həyata keçiriləcək.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev və Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək 2016-cı ilin aprel hadisələrini xatırlayıb və vətənpərvərlik ideyalarının təbliğində yeni yaranan ictimai təşkilata uğurlar arzulayıblar.

“Vətən üçün şəhid olmaqsa qədərim, mən belə qədərin əllərindən öpərim”, – deyə çıxışına başlayan Milli Məclisin deputatı Qənirə Paşayeva Aprel döyüşlərinin xalqımızın tarixindəki əhəmiyyətini qeyd edib. Bildirib ki, Aprel döyüşləri xalqımızın döyüş ruhunu və iradəsini, Azərbaycan ordusunun güc və qüdrətini göstərən qəhrəmanlıq tarixidir: “Bu tarixi Azərbaycan xalqının qəhrəman əsgərləri yazıb. Aprel döyüşləri xalqımızın mübarizə əzminin, döyüş qabiliyyətinin və zəfər çalmaq bacarığının nümayişinə çevrildi. Əbəs yerə deyildir ki, indi gənc nəsillər, torpaqlarımızın gənc müdafiəçiləri onların qəhrəmanlıq yollarını özləri üçün örnək seçərək Vətənin müdafiəsinə yollanırlar”.

Şəhid ailələri adından Zeynəb Bayramova ürək sözlərini özünün qələmə aldığı şeirlə ifadə edib.

Aprel döyüşlərinin iştirakçısı polkovnik-leytenant Elşən Qarayev 2016-cı ilin aprelində ordumuzun apardığı uğurlu döyüş əməliyyatlarından, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyəti barədə danışıb.

Tədbirdə “Natiq” ritm qrupu, Əməkdar Artist Tünzalə Ağayeva, hərbi diktor Şəmistan Əlizamanlı vətənpərvərlik ruhunda musiqi nömrələri ifa ediblər. / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...