Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

APREL ŞƏHİDLƏRİNİN AİLƏLƏRİNƏ EV BAĞIŞLAYAN ŞƏXS ÖLKƏDƏ MƏŞHUR OLDU – FOTOLAR

Ümumlikdə 10 şəhid ailəsi evlə təmin olunacaq.

Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun sədri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Füzuli Məmmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə öz şəxsi vəsaiti hesabına torpaqlarımızın bütövlüyü uğrunda öz sağlamlıqlarını itirən xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənova, həmçinin bu il fevralın 24-dən 25-nə keçən gecə düşmənin bütün cəbhə boyu törətdiyi təxribatları dəf edərkən şəhid olan mayor Aqşin Abdullayevin və şəhid gizir Sənan İsayevin ailələrinə ev bağışlayıb.

Din.az xəbər verir ki, xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənovun müaslicəyə ehtiyacı var. Füzuli Məmmədov onların müalicə xərclərini öz üzərinə götürüb.

Təqdimetmə mərasimi Müdafiə Nazirliyində baş tutub. Hər biri 3 otaqlı olan tam təmirli evlər vacib əşyalarla da təmin olunub. Məlumatda o da bildirilir ki, ilin sonuna qədər 6 ailə evlə təmin ediləcək. Ümumlikdə isə 10 ailə evlə təmin olunacaq.

Qeyd edək Füzuli Məmmədovun iş adamı olaraq nəcib və xeyirxah addımları, digər iş adamlarımızı ümummilli maraqlar istiqamətində həvəsləndirə və onların xoşməramlı təşəbbüsə qoşulub dövlətimizin daha da güclənməsi istiqamətində fəallaşmasına səbəb ola bilər. Diaspor quruculuğu prosesində aktivliyi ilə seçilən Füzuli Məmmədov ümummilli lider Heydər Əliyevin dövlətçilik quruculuğu siyasətində danışıb: “Heydər Əliyev fenomenal şəxsiyyət idi. Qısa müddət ərzində ölkədə uğurlu dövlətçilik quruculuğu prosesini apararaq, yaranmış hərc-mərcliyə son qoydu. Bu siyasətin nəticəsi olaraq, stabil və dinamik və iqtisadi-siyasi cəhətdən güclənən, sürətlə inkişaf edən Azərbaycan dövləti yarandı. Xaricdə yaşayan soydaşlarımızla əməkdaşlıq və koordinasiya gücləndi. İlk dəfə olaraq 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu gün Heydər Əliyevin siyasi kursunu cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab prezident 2016-cı ildə Dünya Azərbaycanlılarının IV Qurultayında etdiyi çıxışında xaricdə yaşayan soydaşlarımızı həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında fəal olmağa çağırdı. Biz də iş adamları kimi cənab prezidentin əftarında sıx birləşməli və ortaq hərəkət etməliyik”.

Xatırladaq ki, bu ilin fevral ayında Avropa Azərbaycanlıları Konqresinin (AAK) 5-ci qurultayında Fizuli Məmmədov bu nüfuzlu təşkilatın birinci vitse-prezidenti seçilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...