Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Aqil Abbas: “Azyaşlılarla ailə quranlar cəzalandırılmalıdır”

“Qanunla 18 yaşdan aşağı şəxslərin ailə qurması qadağandır”.

Cəmiyyətin əsas problemlərindən biri də azyaşlı uşaqların erkən ərə verilməsidir.

Din.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında millət vəkili Aqil Abbas 2012-2016-cı illərdə Azərbaycanda 308 məktəbyaşlı qızın abort etdirməsi məsələsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, burada günahkar tərəf valideyn və müəllim diqqətsizliyidir:

“Əsas problem azyaşlıların ərə verilməsi məsələsidir. Bu hallar daha çox 9, 10 və 11-ci sinifdə oxuyan şagirdlər arasında olur. Onlar artıq məktəbli sayılmır. Təklif edirəm ki, həmin azyaşlılarla ailə quranlar, kəbin kəsənlər cəzalandırılsın.

Qanunda 18 yaşdan aşağı şəxslərin ailə qurması qadağan olunub. Belə halların baş verməsinə görə aidiyyəti qurumlar cavabdehlik daşıyır. Burada məsuliyyət öncə valideynin, sonra isə müəllimin üzərinə düşür.

Dərs deyən müəllimin günahı ondan ibarətdir ki, vaxtında həmin şagirdin dərsə gəlmədiyi haqda dövlət qarşısında məsələ qaldırmır”. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...