Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

AQTA və QMİ-dən Qurban bayramı ilə bağlı mühüm tövsiyələr

Heyvan kəsimi məntəqələri lazımi avadanlıqlar ilə təmin ediləcək.

Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadırtipli heyvan kəsimi məntəqələrinin siyahısı açıqlanıb.

Din.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Trend-ə verilən məlumata görə, Qurban bayramı günlərində Respublika üzrə 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək.

AQTA bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edərək, şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli icra orqanları ilə birgə təşkil olunmuş çadırtipli kəsim məkanlarında həyata keçirməyə çağırır.

Heyvan kəsimi məntəqələri lazımi avadanlıqlar ilə təmin ediləcək.

Vətəndaşlar bayram günlərində əvvəlcədən seçim edərək, qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün müəyyənləşdirilmiş yerlərə müraciət edə, təşkil olunan xidmətlərdən yararlana bilərlər.

Qafqaz Müsəlmanları İdarəsi də (QMİ) qurbanın sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilməsini tövsiyə edir: “Qurbаn duаsının охunması məsləhətdir. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil”.

Bakı şəhəri üzrə həmin kəsim məntəqələrinin ünvanları aşağıdakı kimidir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...