Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Arakan müsəlmanları adaya sürgün edilir

Arakanlıları yaşayış olmayan sahibsiz adaya yerləşdirmək istəyirlər.

Myanmada buddist hakimiyyətin zülm və işgəncələrindən qaçaraq Banlqadeşə sığınan Arakan müsəlmanlarının tragediyası davam edir.

Din.az xəbər verir ki, Banqladeş hökuməti arakanlıları “Başa Çar” adlı tərk edilmiş və yaşayış olmayan sahibsiz adaya yerləşdirmək istəyir.

Arakanlılar isə həmin adaya getmək istəmədiklərini bildiriblər.

Bundan başqa, məcburi köçkünlərin sığınacağındakı digər problem insan alveri ilə bağlıdır. Əsasən 13-17 yaş arası qızları müxtəlif iş bəhanələri ilə aldadan insan “tacirləri” qızları cinsi istismara məruz qoyurlar.

Qeyd edək ki, 25 avqust – 24 sentyabr 2017-ci il tarixləri aralığında Raxin əyalətində Myanma ordusunun zülmü nəticəsində 10 min arakanlı qətlə yetirilib. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...