Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Arakanlı müsəlmanların həyatı film oldu

Myanma müsəlmanları haqqında “Həyatda qal” adlı sənədli film hazırlanıb.

Türkiyə Diyanət Vəqfi (TDV) Myanmada zülm və işgəncələrə məruz qalmış Aarakan müsəlmanlarının tragediyası və həyatda qalma mübarizəsi barədə “Həyatda qal” adlı sənədli film hazırlayıb.

Din.az “Qafqazinfo” İQNA-ya istinadən xəbər verir ki, filmdə arakanlıların 19-cu əsrdən bu günə qədər məruz qaldıqları təzyiqlərdən bəhs edilir.

Mayanmada başda vətəndaşlıq olmaqla, təhsil, səhiyyə, səyahət kimi hüquqlardan məhrum edilən Arakan müsəlmanlarının ötən ilin 25 avqustundan etibarən vəhşicəsinə qətlə yetirildikləri görüntülərə də yer verilib.

Filmdə qeyd edilib ki, arakanlıların qaçış mübarizəsi Banqladeşə sığınmaqla bitməyib. Onların hazırda çətin təbii şəraitdə sel və daşqınlara qarşı mübarizəsinin davam etdiyi vurğulanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...