Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Argentinada erməni kilsəsi qarət olunub

Surb Akop erməni kilsəsi bir neçə həftə ərzində ardıcıl şəkildə iki dəfə qarət olunub.

Argentinanın Valentin-Alsin şəhərində yerləşən Surb Akop erməni kilsəsi bir neçə həftə ərzində ardıcıl şəkildə iki dəfə qarət olunub.

Din.az bildirir ki, bu barədə “El Diario Sur” Valentin-Alsin şəhərinin erməni icmasına istinadən məlumat yayıb.

Qeyd olunur ki, naməlum şəxslər erməni kilsəsinə daxil olaraq oradakı bir sıra qiymətli dini və digər əşyaları oğurlayıblar. Onların sırasına qiyməlti xaç, şamlar, vazalar, 2 ədəd orqan (musiqi aləti), rəsm əsərləri, mebellər və hətta süfrə və pərdələr də daxildir.

Faktla bağlı ermənilər Argentina polisinə müraciət edib, hazırda araşdırma aparılır. (azvision.az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...