Argentinadan İsrail matçına boykot

Fələstinlilər məşqə gələrək argentinalı rəsmilərə bu matça çıxmama barədə müraciət ediblər.
İsrail ilə Argentina arasında işğal altındakı Qüdsdə oynanılması planlaşdırılan hazırlıq matçı artan nazarazılıqlar üzərinə təxirə salınıb.
Din.az xəbər verir ki, Argentina Futbol Federasiyasının İsraillə oynamama qərarlarını çatdırdığı bildirilib.
İsrailin Argentinayla işğal altında olan Qüdsdə matç keçirmək planı baş tutmayıb. Argentina Futbol Federasiyası fələstinlilərin narazılığı və yaşanan gərginliklər səbəbiylə Dünya Kuboku ərəfəsində bu matça çıxmama qərarı alıb.
Xatırladaq ki, Argentina Milli Komandasının Barselonadakı təlim-məşqləri bu qarşılaşma səbəbilə etiraz edilmişdi. Fələstinlilər məşqə gələrək argentinalı rəsmilərə bu matça çıxmama barədə müraciət etmişdi.
Fələstin Futbol Federasiyasının rəhbəri Cəbrayıl ər-Racub da etdiyi açıqlamada Messi üzərindən Argentinaya səslənmişdi: Messi oyunda iştirak etmək barəsində israr edərsə əleyhinə Fələstin, Ərəb ölkələri və beynəlxalq səviyyədə kampaniya başladarıq. Onun da, ölkəsinin də bu matça iştirak etməməsini ümid edirik. / İslamazeri.com