Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Arılardan müsəlmanlara İBRƏT DƏRSİ – VİDEO

Parçalanan müsəlmanlar Allahın arılarla bizə verdiyi dərslərdən ibrət almalıdırlar.

Uca Allah Quranın “Ənfal” surəsinin 73-cü ayəsində yer üzündə fitnə və xaosun olacağını xəbər verir. Bunun nə zaman olacağına isə öncəki ayədə işarə edilir. İman gətirənlərin bir-birinin dostu olduğunu bildirən Allah digər ayələrində də müsəlmanların daim qardaş və birlik içində olmalarını, bölünüb ayrılmamalarını əmr edir (“Hucurat” surəsi, 49/9,10; “Ali-İmran” surəsi, 3/103, 105). Əks təqdirdə müsəlmanların zəifləyəcək və fitnəyə qarşı mübarizə apara bilməyəcəklər.

Ayələri göz ardı edən və bölünüp parçalanan müsəlmanlar Allahın arılarla bizə verdiyi dərslərdən ibrət almalı və Quranda bizə bildirilən bu əmrin necə vacib olduğunu daha yaxşı dərk etməlidirlər. Aşağıda izləyəcəyiniz arılar kimi Allah bizə Quranda Adəmin oğlunun (və ya hər hansı adəm oğlunun) qarğadan ibrət almasından da bəhs edir:

“Allah, yeri eşələyən bir qarğa göndərdi ki, ölmüş digər bir qarğanı basdırmaqla ona qardaşının cəsədini necə basdırmağı göstərsin. O dedi: “ Vay halıma! Doğurdanmı mən, qardaşımın cəsədini basdırmaqda bu qarğa kimi olmaqdan da acizəm?” Beləliklə o peşmançılıq çəkənlərədən oldu” (“Maidə” surəsi, 5/31).

Müsəlmanlar bölünüb, zəiflədiyi zaman “Zülmkar” daim fitnəyə davam edəcəkdir. Müsəlman dinin yeganə mənbəyi olaraq sadəcə “Allahın ipi” olan Qurana sarılıb və kəskin fikir ayrılıqlarından uzaq durmalıdır. Müsəlmanların birlik və bərabərlik içində yaşamaları düşmənlərinin böyük və güclü olmasını əhəmiyyətsiz edir. Bunun misalını arıların bu videosunda izləsək daha yaxşı anlayarıq.

Kiçik arılar zülmdən qurtulmaq üçün xilaskar gözləmirlər:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...