"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

“Arsenal”ın məşhur futbolçusu Ümrəyə getdi – FOTO

Share Button

Mesut Özil ərəb tərəfdarları tərəfindən böyük maraqla qarşılanıb.

0758170001455373026_filepicker“Arsenal”ın türk əsilli alman ulduzu Mesut Özil liqanın bitməsindən sonra Ümrə ziyarətinə gedib.

“Din.az” xəbər verir ki, “Arsenal”ın və Almaniya milli yığmasının türk əsilli ulduzu Mesut Özil İngiltərə Premyer Liqasında mövsümün bitməsindən sonra Ümrəyə gedən ulduz futbolçunun görüntüləri meydana çıxıb.

“Euro 2016”dan əvvəl tətilə çıxmaq əvəzinə müqəddəs torpaqları ziyarət edən Mesut Özil ərəb tərəfdarları tərəfindən böyük maraqla qarşılanıb.

mesut-ozil_2615

Qeyd edək ki, tanınmış futbolçu Mesut Özil əvvəlki günlərdə də İordaniyadakı dünyanın ən böyük ikinci qaçqın düşərgəsi olan Zaatari Qaçqın Düşərgəsini ziyarət etmişdi. Düşərgədə böyük maraqla qarşılanan Özil, Suriyalı uşaqlarla futbol da oynamışdı.

27 yaşlı Mesut Özil 2013-cü ildə “Real Madrid”dən “Arsenal”a 45 milyon avro qarşılığında transfer olunub.

Bu mövsüm mükəmməl performans sərgiləyən uğurlu futbolçu  Premyer Liqasının ən yaxşı 5-ci futbolçusu olub.

mesut-ozil_4770

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir