Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ARTIQ İCAZƏ VERİLDİ: AZƏRBAYCANLILAR RUSİYADA MƏSCİD TİKƏCƏK

Müsəlman qəbiristanlığı yaxınlığında böyük məscid inşa ediləcək.

Ötən gün Rusiyanın Sverdlovsk vilayətinin Arbitraj məhkəməsi “Azərbaycan” regional ictimai təşkilatının vilayətin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Nazirliyinə (DƏİEN) qarşı qaldırdığı iddiasını təmin edib.

“Din.az” xəbər verir ki, iddia Yekaterinburqun Repina küçəsindəki torpaq sahəsinin geri qaytarılması ilə bağlı olub.

2011-ci ildə “Azərbaycan” təşkilatına müsəlman qəbiristanlığı yaxınlığında böyük məscid inşa etmək üçün 2008 kv.metr torpaq sahəsi ayrılıb. İcarə müqaviləsi Yekaterinburq administrasiyası ilə bağlanıb. Məscidin ənənəvi qaydada – minarələrlə tikilməsi planlaşdırılırdı. Onun ərazisi 1,4 min kv. m təşkil etməli idi. Lakin 2016-cı ildə meriya tikinti icazəsinin alınmadığını, ərazidə tikintinin getmədiyini və icarə borcunun 9 min rubl (Təqribən 150 dollar) təşkil etdiyini əsas gətirərək sahənin geri qaytarılmasını tələb edib.

Yekunda DƏİEN icarə müddətinin uzadılmasından imtina edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...