Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Artıq ölülər dəfn edilməyəcək – Dəfn xidmətləri ilə bağlı qanunvericilikdə QƏRİBƏ DƏYİŞİKLİK

Ölülər tarlada istifadə olunacaq.

Belçikanın paytaxtı Brüsseldə dəfn xidmətləri ilə bağlı qanunvericilikdə dəyişiklik olunub və ölən şəxslərin taxta tabutla basdırılması ənənəsi ortadan qaldırılıb. Alınan qərarla cəsədlər xumuslu torpağa çevrilərək kənd təsərrüfatında istifadə ediləcək.

Din.az Moderator.az xəbər verir ki, yeni qərarla razılaşmayanlar üçün isə fərqli metodlar tətbiq edilib və cəsədlərin xüsusi bir maye sayəsində tamamilə yox ediləcəyi nəzərdə tutulub.

Bu metod sayəsində cəsədlər kəsilmiş ağacların içindən əldə edilən mikroorqanizmlər sayəsində 12 ay ərzində maye halına gətirilərək olduqca səmərəli və sağlam xumuslu torpağa çeviriləcək.

Dəfn istəməyənlər üçün bir başqa xidmət isə cəsədin əridilməsidir. Ölən adamın bədəni 96 dərəcəlik bir istiliklə sulu məhlul içində təxminən 4 saat ərzində tamamilə əridiləcək.

Yenilənən yeni cənazə qanunvericiliyi çərçivəsində öldükdən sonra yandırılmaq istəyənlərin küllərinin səpilməsi üçün də yeni sahələr müəyyənləşdirilib.

Qeyd edək ki, parlament yeni tənzimləmə ilə ətraf mühit problemləri və qəbiristanlıq problemlərinin qarşısını almağı hədəfləyir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...