Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Arxangelskdəki diaspor sədrinə nüfuzlu mükafat verildi – FOTO

Arxangelsk şəhərində müsəlman məscidi tikdirdi.

Arxangelsk vilayətində Azərbaycan diasporunun idarə heyətinin sədri Tərlan Qasım oğlu Qasımov Arxangelsk şəhərində müsəlman məscidinin tikintisində göstərdiyi fəallığı görə, Rusiya Müftilər Şurasının rəhbəri Ravil Qaynutdin tərəfindən medalla tətlif edilib.

Din.az bildirir ki, bu barədə məlumatı Milli.Az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

“Rusiya Müftilər Şurasının rəhbəri Ravil Qaynutdin imzaladığı sənəddə Tərlan Qasımovun İslam prinsiplərinin sadiqliyinə, mehriban qonşuluğa, sülhə, yaradıcılığa, millətlərarası və dinlərarası həmrəyliyin yaradılması üçün göstərdiyi aktiv fəaliyyətinə görə və tarixi Arxangelsk məscidinin yenidənqurmasına verdiyi töhfələrə görə, Rusiya müsəlmanları medalı ilə təltif edildiyi yazılıb”,-deyə E.Eltürk qeyd edib.

Tərlan Qasımovla yanaşı, 5 həmyerlimiz diplomla təltif olunublar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...