Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

10 ildir ki, tikintisi bitmək bilmir – FOTO

Share Button

Məscidin dağıdılıb dağıdılmayacağına Diyanət qərar verəcək

Trabzondakı Molla Xəlil Məscidi, arxitekturası kilsəyə bənzədildiyi üçün maddi yardımı kəsilincə 10 ildir ki, tikintisi bitmək bilmir.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Ortahisar mahalındakı Karşıyaka məhəlləsində 2006-cı ildə tikintisinə başlanılan və müəyyən hissəsi tamamlandıqdan sonra kilsə görünüşündə olduğu üçün maddi yardımı kəsilən Molla Xəlil Məscidi üzərindən 10 il keçməsinə baxmayaraq hələ də bitirilməyib. Molla Xəlil Məscidinin içərisindəki kiçik bir hissə ibadətə açılsa da, məscidin tamamlanması üçün təqribən 2 milyon türk lirəsinə ehtiyac var.

Kifayət qədər yardım toplanmadığı üçün məscidin tikintisi Türk Diyanət Vəqfinə təhvil verilərkən, Karşıyaka Molla Xəlil Məscidinin Tikinti və Yaşatma Dərnəyinin rəhbəri İlyas Öztürk, məscidin dağıdılıb dağıdılmayacağına diyanətin qərar verəcəyini söyləyib.

1678020

“Kilsəyə bənzəyir deyə biz məscidə yardım edə bilmərik” deyirlər…

Mövzu ilə açıqlama verən Karşıyaka Molla Xəlil Məscidi Tikinti və Yaşatma Dərnəyinin rəhbəri İlyas Öztürk, 2006-cı ildə məscidin inşaasına başladıqlarını xatırladaraq, “O vaxt dərnəyin idarəçiliyi başqa yoldaşlarda idi. Biz 4 il əvvəl dərnəyə rəhbər seçilmişik. Görünüş olaraq məscidin minarələrindən vətəndaşlarımız çox narazıdır. Mən minarələri kilsəyə mənzədirəm, amma heç bunu da söyləmək istəmirəm. Vətəndaşlar da “kilsəyə bənzəyir, biz bu məscidə kömək edə bilmərik” deyirlər. Buna görə də məscidə yardım mövzusunda çox geri qalmışıq. Məscidə kömək üçün addım-addım dolaşıram “Karşıyakada bir məscidimiz var” deyirəm, onlar da “kvadrat formalı minarəsi olan məscidmi? Mən ora kömək etmərəm” deyirlər, “ora kilsəyə bənzəyir, mən belə bir məscid görmədim” deyərək kömək etmirlər” , – deyə qeyd edib.

molla_halil_cami (1)

“Bizim o zaman gördüyümüz layihə məscidin indiki vəziyyəti deyil”

10 il əvvəl gördükləri layihənin məscidin indiki görüntüsü ilə uyğun gəlmədiyini ifadə edən Öztürk, “Biz buraya daha əvvəl iki minarəli Akçaabat şəhərindəki Söğütlü məhəlləsində yerləşən Ulucam kimi bir məscid tikdirmək istədik. Mühəndis layihəni çəkdi, əraziyə gətirdik və birlikdə incələdik. Sonradan nə baş verdisə, hər şey alt-üst oldu. Amma bizim o zaman gördüyümüz layihə məscidin indiki görünüşü ilə eyni deyildi. Məndən əvvəlki dərnək rəhbərinə də “Bu məscid nə oldu?” deməyimə baxmayaraq, məscid yenə bu vəziyyətə gəldi. Indi isə məscidi Türk Diyanət Vəqfinə həvalə etdik, dağıdılıb dağıdılmayacağını artıq bilmirik. Mən müftiyə demişdim “mənim gücüm olsaydı, bu məscidi dağıdıb, başqa şəkildə tikdirərdim”. Türk Diyanət Vəqfi bu məscidi tikib qurtaracaqlarına dair bizə söz verdilər, tikilməsini gözləyirik”, – deyə bildirdi.

1251294_3e4036e61c51fded040a796d04154d7f

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir