Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Arxiyepiskop əxlaqsızlıq səbəbilə istefa verdi

Arxiyepiskop Rikardo Essatinin istefası qəbul edildi.

Roma papası Fransisk Çilinin paytaxtı Santyaqonun arxiyepiskopu Rikardo Essatinin istefasını qəbul edib.

Din.az xəbər verir ki, Essati vətənində yetkinlik yaşına çatmayanlara qarşı işlənilən seksual cinayətləri ört-basdır etməkdə ittiham olunur. Bura, həmçinin daha əvvəl pedofillikdə təqsirli bilinərək ruhani rütbəsindən məhrum edilən nüfuzlu çilili keşiş Fernando ilə bağlı səs-küylü iş də daxildir.

Qeyd edək ki, son istefa Çili katolik kilsəsində yaşanan seksual cinayətlərin davamıdır. Belə ki, həmin kilsənin 80-ə yaxın keşişi yetkinlik yaşına çatmayanlara qarşı seksual təcavüzdə ittiham olunublar. Oktyabrda papa Fransisk iki yepiskopun ruhani rütbəsini əlindən almış, iyunda isə üç çilili yepiskopun istefasını qəbul etmişdi. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...