Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Asim Mollazadə Fələstin səfiri və USAİD-in nümayəndələri ilə görüşüb

Görüşdə Azərbaycan-Fələstin münasibətləri, Yaxın Şərqdəki vəziyyət müzakirə edilib.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərimlə görüşüb.

Din.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Fələstin münasibətləri, Yaxın Şərqdəki vəziyyət, İsrail-Fələstin münaqişəsinin həlli perspektivləri, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi müzakirə edilib.

Asim Mollazadə qonağa partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.

Asim Mollazadə həmçinin USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) nümayəndələri ilə görüşüb. Görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

DİP-in qərargahında keçirilən görüşdə USAİD-in Azərbaycan missiyasının rəhbəri cənab Ceydef Sinqx və USAİD-də layihə rəhbəri Pərviz Musayev iştirak edib. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...