Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

AŞPA üzv ölkələri İslamın xaricdən maliyyələşməsinin qarşısını almağa çağırıb

Radikallaşma və islamofobiyanın qarşısını almaq üçün tədbirlər görülür.

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Radikallaşma və islamofobiyanın qarşısını almaq məqsədilə Avropada İslamın xaricdən maliyyələşməsi”nin nizamlanmasına dair qətnamə qəbul edilib.

Din.az “Report”a istinadən xəbər verir ki, sənəddə quruma üzv ölkələrin İslamın adından istifadə edərək milli siyasətlərini digər üzv dövlətlərdə yaymaq məqsədilə İslamın xaricdə maliyyələşməsinə son qoymağa çağırılıb.

Qətnamədə bildirilib ki, dövlətlər öz ərazilərində xarici təşkilatların paralel cəmiyyətlər yaratmaq üçün müdaxilələrinə etiraz etməli, xaricdən gələn maliyyə vəsaitlərinin insan hüquqlarına, insanların fundamental hüququ olan birgə yaşamaq haqlarına zərər vuran təşkilatlara gəlib çatmasının qarşısını almalıdırlar.

AŞPA üzv ölkələri radikalizmin qarşısının alınması məqsədilə İslam dinini tədris planlarına daxil etməyə, dini ictimaiyyətin tələbatına uyğun şəkildə lazımi maliyyə vəsaiti ayırmağa, Avropada islami teologiya fakültələrinin açılması təşəbbüslərinə dəstək verməyə çağırıb.

Qeyd edək ki, oktyabrın 8-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işinə başlayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...