Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Assosiasiya ərəblərin Azərbaycanda hotel biznesi qurmaq istəyindən danışdı

Ərəb iş adamlarının ölkəmizə böyük marağı var.

Ərəb investorları Azərbaycanda hotel biznesinə, xüsusilə “ekonom” seqmentində hotellərə maraq göstərir.

Din.az bildirir ki, bunu Trend-ə Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

Onun sözlərinə görə, bununla belə hələlik Azərbaycanda hotellərin satın alınması barədə faktlar olmayıb: “Bizdə hansısa Azərbaycan hotelinin ərəb investorlar tərəfindən alınması barədə məlumat yoxdur, amma onların marağı var. Ötən il Səudiyyə Ərəbistanından investorlar bizə müraciət ediblər. Onlar “ekonom” kateqoriyalı – iki və üçulduzlu hotellərlə maraqlanıblar. Amma bizə məlum olmayan səbəblərdən razılıq əldə olunmayıb”.

Assosiasiya rəhbəri qeyd edib ki, hazırda Azərbaycanda ərəb investorlara məxsus hotellər qeydiyyatda mövcud deyil: “Hazırda Assosiasiya turistlərin yerləşdirilməsi ilə məşğul olan obyektlərin reyestrinin tərtib olunması ilə məşğul olur. Biz artıq Bakı üzrə işimizi başa çatdırmışıq, indi regionlarda işimizi davam etdiririk. Demək istəyirəm ki, indiyədək ərəblərə məxsus və ya onların idarə etdiyi hotellər qarşımıza çıxmayıb”.

S.Dübəndi həmçinin bildirib ki, hazırda ərəb investisiyasının hotel biznesinə cəlb olunmasına zərurət yoxdur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...