Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Astanada post-modern məscid açılıb – FOTO

Məsciddə ənənəvi ornamentlər və yeni qazax dekorativ elementləri istifadə edilib.

Qazaxıstanın paytaxtı Astanada post-modern üslubda inşa olunmuş “Tanrının çiçəyi” adlı məscidin açılışı olub.

Din.az xəbər verir ki, bu barədə “Fərqanə” agentliyi məlumat yayıb.

Binanın eksteryeri bir növ çiçək və cilalanmış almazı xatırladır. Minarə isə qamışdan olan qələm formasındadır.

Memar Saqındık Cambulatovun dediyinə görə, məscid ənənəvi ornamentlər və yeni qazax dekorativ elementlərindən istifadə olunmaqla post-modern üslubda layihələndirilib.

Məscidin sahəsi 2248 kv.metr təşkil edir, minarənin hündürlüyü 43,5 metrdir. / Oxu.Az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...