Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Quran”ın hər surəsinə aid tablo çəkməyi öhdəsinə götürən rəssam – VİDEO

“20 ildən yuxarıdır ki, “Quran”ın surələrini çəkirəm”.

Astara şəhər sakini Firudin Quliyev rəssamlığa ilk dəfə 7 yaşında olarkən Koroğlunun şəklini çəkməklə başlayıb. Hazırda 71 yaşı olan Firudin, 60 ilə yaxındır ki, rəssamlıq sənətinin vurğunu olduğunu deyir.

Din.az-ın məlumatına əsasən, Sputnik.az-a müsahibə verən rəssam danışır ki, dünyada İslam dininə aid mövzuda əsərlər çəkilsə də, “Qurani-Kərim”in 114 surəsini indiyədək hələ heç bir rəssam çəkməyib: “Ona görə də bu işi öz üzərimə götürdüm. 20 ildən yuxarıdır ki, “Quran”ın surələrini çəkirəm, 60-a yaxın əsər hazırdır, bəziləri eskiz formasındadır”.

Qeyd edək ki, F.Quliyevin çəkdiyi “Quran surələri” əsərləri hazırda Astara rayonunun Mərkəzi Qalereyasında sərgilənir. Rəssam bir neçə ildir ki, sözügedən qalereyada rəssamlıq kursu da təşkil edib, 40-a yaxın tələbəsi var.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...