Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Aşura günü bu ünvanlarda qanvermə aksiyaları keçiriləcək – SİYAHI

Azərbaycanda qanvermə aksiyası keçiriləcək.

Sentyabrın 20-də Aşura günü ilə əlaqədar olaraq Azərbaycanda qanvermə aksiyası baş tutacaq.

Din.az bildirir ki, qanvermə aksiyası Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şirvan, Ağsu, Beyləqan və digər rayonlardakı məscid və xəstəxanalarda olacaq.

Aksiya İmam Əli, Əjdərbəy, Şah Abbas, Bibiheybət, Təzəpir, Hacı Soltanəli, Qaraçuxur, Böyük Bazar, Heydər məscidlərində və Rəhimə xanım ziyarətgahı, Sumqayıt şəhər Cümə və İmam Əli məscidləri, Gəncənin İmamzadə Ziyarətgah kompleksində, Bərdənin İmamzadə kompleksi, Xaçmaz şəhər məscidi, Biləsuar şəhər Cümə məscidi, eləcə də, Mərkəzi Qan Bankının Şirvan və Quba bölgələrində keçiriləcək.

Eyni zamanda, Ağcabədi Rayon Mərkəzi Xəstəxanası, Beyləqan Rayon Mərkəzi xəstəxanası, Cəlilabad Rayon Xəstəxanası, Ağsu rayon Xəstəxanasında qanvermə aksiyası baş tutacaq. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...