Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Aşura günü qanvermə aksiyalarının keçiriləcəyi ÜNVANLAR

Qanvermə aksiyaları 20 sentyabr 2018-ci il tarixində Bakı və regionlarda təşkil olunacaq.

Hər il olduğu kimi, bu il də Məhərrəm ayının 10-cu günü – Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək.

Din.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, aksiyalar 20 sentyabr 2018-ci il tarixində Bakı və regionlarda təşkil olunacaq.

Könüllü aksiyada iştirak etmək arzusunda olan vətəndaşlar aşağıdakı ünvanlara gələrək qan verə bilərlə:

Bakı şəhəri üzrə:

– Binəqədi rayonu “İmam Əli məscidi”,
– Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”,
– Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası,
– Nizami rayonu “Şah Abbas məscidi” ,
– Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”,
– Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı” və “İçəri şəhər Cümə məscidi”,
– Suraxanı rayonu “Qaracuxur məscidi”,
– Yasamal rayonu “Təzə pir məscidi” və “Hacı Soltanəli məscidi”.

Əvvəlki illərdən fərqli olaraq vətəndaşların istəklərini nəzərə alıb regionlarda da analoji aksiyaların təşkili nəzərdə tutulub.

Aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır:

– Gəncə şəhəri “İmamzadə kompleksi”,
– Lənkəran şəhəri “Böyük bazar məscidi”,
– Mingəçevir şəhəri “Heydər məscidi”,
– Sumqayıt şəhər “Cümə məscidi”,
– Şəki şəhəri “İmam Əli məscidi”,
– Mərkəzi Qan bankının Şirvan bölməsi,
– Ağcabədi Mərkəzi rayon xəstəxanası,
– Beyləqan Mərkəzi rayon xəstəxanası,
– Bərdə rayonu “Bərdə İmamzadəsi”,
– Biləsuvar rayonu “Cümə məscidi” (mərasim zalı),
– Cəlilabad Mərkəzi rayon xəstəxanası,
– Xaçmaz şəhər məscidi,
– Ağsu rayon mərkəzi xəstəxanası,
– Qan bankının Quba bölgəsi,
– Masallı şəhər Cümə məscidi.

Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...