Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Aşura günü qanvermə aksiyası keçiriləcək

Bir sıra şəhər və kənd məscidlərində könüllü qanvermə aksiyaları keçirilir.

Din.az xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında Aşura günlərində və digər vaxtlarda qanvermə aksiyalarında qanın itkisiz götürülməsi və Mərkəzi Qan Bankına göndərilməsinin təşkilinə dair treninq keçirilib. O da faktdır ki, bir neçə ildir Aşura günündə muxtar respublikanın bir sıra şəhər və kənd məscidlərində könüllü qanvermə aksiyaları keçirilir və bu il də bu tədbir nəzərdə tutulub. Treninqdə qeyd olunub ki, bu aksiyaların mütəşəkkil keçirilməsi üçün həkim və orta tibb işçiləri müəyyən hazırlığa malik olmalı, tədarük edilən qanın qaydalara uyğun müvafiq ünvana göndərilməsi, tibbi proseslərin lazımi qaydada həyata keçirilməsinə nail olmalıdırlar.

Sonra tibb işçiləri üçün keçirilən treninqdə qanın götürülməsi, müxtəlif ölçülü paketlərə yığılması, bağlanması, saxlanılması və müvafiq ünvana göndərilməsi qaydaları əyani şəkildə izah edilib. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. / A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...