Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ata və qızın şeytan çıxarma ayini ölümlə nəticələndi

50 yaşlı ata 25 yaşlı qızını şeytan çıxarma ayini zamanı öldürüb.

İsveçrədə bir ata və qızın həyata keçirdiyi şeytan çıxarma ayini zamanı ağır yaralanan 25 yaşındakı qadın daxili qanaxma nəticəsində həyatını itirib.

Din.az xəbər verir ki, İsveçrənin Vagenhausen qəsəbəsində yaşayan 50 yaşlı ata 25 yaşlı qızını şeytan çıxarma ayini zamanı öldürüb.

Orta Əsr rituallarına bağlı olan ata qızının şeytan tərəfindən ələ keçirildiyini düşünərək onu qızın içindən qovmaq üçün bir ayin keçirib. Gənc qız atasının yumruq və təpiklərindən sonra aldığı zərbələrdən nəticəsində ağır şəkildə yaralanıb və qısa müddət sonra evində ölü tapılıb.

Müayinə nəticəsində qızın qarnının cırıldığı, qaraciyərinin parçalandığı və daxili qanaxma nəticəsində həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, atanın 14 il həbs cəzası ilə mühakimə olunduğu açıqlanıb. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...