Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Atatürkü məzarı başında təhqir edən qadın məhkəmə qarşısına çıxarıldı…

Atatürkü bir qayda olaraq qatı islam tərəfdarları təhqir edirlər.

Son on ildə Türkiyədə Atatürkün sözdə, əməldə təhqir edilməsi, söyülməsi xeyli çoxalıb və əvvəlki illərdən fərqli olaraq Ərdoğanın hakimiyyətində bu əməli törədənlərlə çox yumşaq rəftar edilir, hətta gizli şəkildə təqdir olunduğu da iddia olunur.

Müasir Türkiyənin yaradıcısı və dünya dövlətləri arasında indiyədək layiqli yer tutmasının səbəbkarı Atatürkü bir qayda olaraq qatı islam tərəfdarları təhqir edirlər. Bu dəfə Atatürkü hicablı birisi, onu birbaşa Anıt qəbirdə – Atatürkün dəfn olunduğu yerdə təhqir etməkdən çəkinməyib, təhqirini və bundan aldığı ləzzəti, sevincini də internet vasitəsilə yayıb.

Din.az Moderator.az-a xəbər verir ki, Safiyə İnci isimli qadın tutulub və həbs olunma tələbilə məhkəməyə çıxarılıb. Son vaxtlar müstəqil məhkəmə sisteminin tədricən aradan qaldırıldığı iddia edilən Türkiyədə bu qadına hansı cəza veriləcəyi ölkə ictimaiyyətinin diqqətindədir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...