Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ateistlərə cavab: Allah kimlərin ürəklərini möhürləyib? VİDEO

Allah seçimi insanın ixtiyarına verir. Şükür etməyi də, naşükür olmağı da, inanmağı da, inanmamağı da…

511Təsəvvür edin, Quranın tərcüməsini oxumaq istəyən bir şəxs həmin kitabı açan kimi 3-cü səhifədə Allahın ürəkləri möhürləməsini oxuyur: “Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir! (“Bəqərə” surəsi, 2/6-7).

ateistNormal bir insanın reaksiyası necə olar? Bu suala müsbət cavab vermək mümkün deyil.

Başqa ayələrdə Allah seçimi insanın ixtiyarına verir. Şükür etməyi də, naşükür olmağı da, inanmağı da, inanmamağı da… («İnsan» surəsi, 74/2-3; “Kəhf” surəsi, 18/29; “Abəsə” surəsi, 11-12). Deməli «qəlbin möhürlənməsi» anlayışı burada qeyd edilən ayələrə və seçimə uyğun gəlmir. Bəs buradakı problem nədir?

Həm bu problemi anlamaq, həm də düzgün açıqlamanı öyrənmək üçün ilahiyyatçı Elşad MİRİnin bu videosuna baxmağınız yetərlidir.

MÜZAKİRƏ

3 şərh Ateistlərə cavab: Allah kimlərin ürəklərini möhürləyib? VİDEO üçün

  1. Farid Rashid dedi:

    Allah razi olsun insanlari maarifləndirirsiniz. Dualarim sizlərlə Allah yar və yardimciniz olsun….

  2. Gumus dedi:

    Salam

  3. Sevinc dedi:

    Kamil Şəxs Hər Şeyi Özündən Umar, Nakamil İsə Özgələrindən . (Q.)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...