Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Avropa gəncləri dinsizləşir – STATİSTİKA

Avropanın ən “dinsiz” ölkəsi Çexiya oldu.

Londonun Müqəddəs Mariya Universiteti və Paris Katolik İnstitutunun birgə apardığı araşdırma göstərib ki, Avropa ölkələrində dinə inanmayanların sayı sürətlə artır. Araşdırmaya rəhbərlik edən din sosiologiyası və ilahiyyat professoru Stivent Bullivent nəticələri “inam ölür” sözlərilə ifadə edib.

Din.az Milli.Az-a istinadən xəbər verir ki, araşdırmaya görə, Avropanın ən “dinsiz” ölkəsi Çexiyadır: Burada 16-29 yaş arasında olan gənclərin 91%-i dinə inanmırlar. İkinci və üçüncü yerlərdə 81% və 75% nəticə ilə Estoniya və İsveç gəlirlər.

Ən dindar ölkələr isə Polşa (gənclərin 17%-i dinə inanmır), Litva (25% inanmır) və Avstriyadır (37% inanmır).

İndiyə qədər güclü dini ənənələri olan Litva, Belçika, Niderland, Avstriyada gənclərin dindən uzaqlaşmaq faizi kifayət qədər yüksəkdir. Araşdırmaya rəhbərlik edən prof. Stiven Bulliment bunu belə izah edib ki, “Valideynlərin inancı uşaqlara keçmir. Gənclərin çoxu xaç suyuna çəkilib, amma sonradan bir dəfə də olsun, kilsənin qapısını açmayıblar”.

Dinsizlik göstəricisinə görə 13-cü yerdə gələn Rusiyada gənclərin 49%-i dinə inanmırlar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...