Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Avropa həkimlərinin müsəlman alimin kitabından öyrəndiyi təsdiqləndi

“Avropa həkimlərimizin müsəlman alimlərinin tibbi biliklərindən istifadə etdiklərini aşkar etdik”.

İrlandiyalı professor: “Həkimlərimizin müsəlman alimlərinin tibbi biliklərindən istifadə etdiklərini aşkar etdik…”

İrlandiyada tapılmış XV əsrə aid bir Orta əsr əlyazması Qərb dünyasının İslam aləmindən çox şey öyrənməsi barədə deyilənləri bir daha sübuta yetirib.

Din.az xəbər verir ki, bu haqda “Irish News” nəşri məlumat yayıb.

“Biz 1400-cü illərdə İrlandiyadakı Orta əsr Avropa həkimlərimizin müsəlman alimlərinin tibbi biliklərindən istifadə etdiklərini aşkar etdik”, – deyə irland professor Padrayq Maçayn etİraf edib.

Yeni tapıntı sübut edir ki, İbn Sinanın “Təbabət elminin qanunu” adlı əsəri Orta əsrlərdən bəri İrlandiyada gənc avropalı həkimlərin yetişdirilməsi üçün istifadə edilib. Tapıntı professor Maçaynın Britaniya adalarındakı kelt Kornoul regionunda yaşayan qal- kelt İrlandiyasının orta əsr dövrü ilə əlaqəli bir ailəyə aid kitabın öyrənməsindən sonra ortaya çıxıb.

“Həmin əlyazmanın salamat qalmış qalıqlarının dörddə biri tibbi mövzuda yazılmışdır ki, bu da o dövrdə İrlandiyada bu cür kitabların praktiki məqsədlərlə işləndiyini göstərir”- professor belə deyib. Bu, Latın dilinə tərcüməsi sayəsində Avropada çox məşhurlaşmış “Təbabət elminin qanunu” tibbi ensiklopediyasının İrlandiya dilinə tərcüməsinin bir parçasıdır. Əlyazma çənələr, burun və kürəyin fiziologiyasına aid hissələrin giriş fəsillərindən ibarətdir. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...