"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
FVqqPNaN3XI

Avropa “İslam səhvini” 100 il əvvəl buraxıb

Share Button

Avropanı Osmanlı sultanı qoruyurdu…

İstanbul bir vaxtlar bütün İslam dünyasının paytaxtı idi…

istanbul-overview-sunset-large

“The Economist” yazır ki, hər dəfə bir Avropa şəhərini kütləvi zorakılıq aktı silkələyəndə “ağırçəkili qəzetlər” səhvin nədə olduğuna dair qızğın debatlara başlayır.

Hər dəfə də bu debatlarda Avropadakı İslama hansı yanaşmanın – müsəlman azlıqlarına səxavətli fərqlilik imkanın verilməsinin, yaxud da əksinə, bu fərqliliyin buxovlanmasının düzgün olduğu barədə müzakirələr gedir. Bəzən də sözügedən terror aktında, məsələn Münhendə yeniyetmənin törətdiyi qətliam hadisəsində olduğu kimi, ümumiyyətlə İslamlıq bir şey olmadığı iddia edilir.

“Din.az” “Azadlıq.org”a istinadən verdiyi məlumata görə, “The Economist” yazır ki, bu mənada Amerikanın Avropada İslam üzrə aparıcı təhlilçisi bu debatlara tamamilə yeni və qeyri-adi töhfə verib.

Jonathan Laurence “Frankfurter Allgemeine Zeitung” qəzetində “terrorizmin əsas etibarilə İslamla bağlılığını” iddia edən yazıya cavab olaraq bildirib ki, Avropa İslamındakı bugünkü patologiyalar bir əsr bundan əvvəl buraxılmış səhvin ard zərbəsidir.

Daha doğrusu söhbət 100 il əvvəl başlamış uzaqgörməyən siyasətdən gedir.

D27F77F3-6A39-4D47-8D97-86022DC06E20_cx3_cy5_cw97_w610_r1_s_r1

Britaniyalılar İslam dünyasını Osmanlı sultanından alıb haşimilərin lideri Hüseyn ibn Əli əl-Haşimiyə həvalə etmişdilər

Məqalədə deyilir ki, 1916-cı ilin yayından etibarərən Britaniya hökuməti və onun hərbi müttəfiqləri Osmanlı imperiyasının siyasi, daha doğrusu dini hegemonluğuna qarşı ərəb qiyamının hazırlanmasına başlamışdılar. Bu, Yerusəlimin Britaniya qoşunları tərəfindən fəthi və İslamın müqəddəs yerləri üzərində Osmanlı nəzarətinin sona çatması ilə nəticələndi.

Osmanlılara alternativ olaraq britaniyalılar, əvvəlcə, indiyədək İorqadaniyaya hökmdarlıq edən Haşimilər sülaləsini irəli verdilər. Lakin son nəticədə, bu vəziyyətdən 1924-cü ildə Məkkə və Mədinə üzərində nəzarətə sahiblənən səud kral ailəsi faydalandı.

Avropanı Osmanlı sultanı qoruyurdu…

Boston Universitetinin professoru Laurence bildirir ki, o vaxtadək neçə onilliklər ərzində milyonlarla müsəlman Osmanlı imperiyasının başçısı – sultana tabe idi.

Həm də xilafət rolunu oynayan bu imperiya üləmalar, vaizlər və qazilər üçün zirvə instansiya idi.

Bu yaxınlarda, yüz yaşında rəhmətə getmiş Osmanlı tarixçisi Halil Inalcık yazırdı ki, müxtəlif dövrlərdə sultan-xəlifələrin nüfuzu müxtəlif olsa da, lakin bu təsisatın dini hakimiyyəti Britaniya və Hollandiyanın müstəmləkələrində yaşayan 100 milyon müsəlmanı da əhatə edirdi.

Türkiyə alimi Mustafa Akyol yazır ki, bu fakt Birləşmiş Ştatlar üçün bir sıra müsbət nəticələrə səbəb olmuşdu. Məsələn 2-ci Əbdülhəmid Filippin müsəlmanlarının öz arxipelaqları üzərində ABŞ hegemonluğunu qəbul etməsində həlledici rol oynamışdı.

“The Economist” yazır ki, Osmanlı xilafəti öz təbəələri üçün son dərəcə cəlbedici idi. Bu cazibə o qədər güclü idi ki, 1870-ci ildən bəri Britaniya diplomatiyası qlobal İslamın nüfuz mərkəzini türklərdən ərəblərə keçirmək üçün ağır zəhmətlər çəkməli olmuşdu. Hollandiya da müsəlmanların öz xütbələrində xəlifənin adını çəkməmələri üçün səylər göstərirdi. Əlcəzair və Mərakeşə sahib olan fransızlar da bu istiqamətdə iş aparırdılar.

Nə qədər ki, yəni 1912-ci ilədək Liviyaya sahib Osmanlı imperiyası idi, İstanbulun Şimali Afrika üzərində nüfuz vardı.

Olan olub…

Cənab Laurence hesab edir ki, həmin xilafətin ləğvi ilə yaranmış boşluğu, bugünədək, İslam Dövləti adlanan qruplaşmanın başçısı Əbu Bəkr əl-Bağdadi də daxil başqa, daha qara qüvvələr doldurub.

Alimin fikrincə, Osmanlı xəlifələrinin mövcudğulu müsəlman ərazilərində anti-Qərb sentimentinin yaranmasının, qlobal dini şəbəkələrin formalaşmasının qarşısını alırdı.

Osmanlı xəlifələri, sultanlar Qərb incəsənətinin və musiqsinin heyranı idilər.

“The Economist” yazır ki, Laurence-in məsələyə yanaşması sadəlövh də görünə bilər və əlbəttə, Avropa İslamını hermetik şəkildə İslam dünyasından ayırmaq istəyi də sadəlövhlükdür. Çünki Avropadakı müsəlmanlar istər-istəməz öz dinlərinin qaynağı olan ölkələrdən təsirlənməkdə davam edəcəklər.

Müəllifin fikrincə ən başlıcası bu təsirlərin nə şəkildə işlədiyini və ən əsası onun mümkün nəticələrini başa düşməkdir.

“Bir mədəni və teoloji təsirin qarşısını almaqla, başqa, daha pis təsirlərə yol açmaq olar” – yazır “The Economist”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top