Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Avropa İslama qarşı – Hollandiyada da məscid hədəf alındı

İslama qarşı faşizscəsinə ifadələr yazdılar…

Hollandiyanın Ensxede şəhərində İslam və mühacirlərə qarşı irqçi PEGİDA hərəkatının üzvləri məscid tikilməsi planlaşdırılan sahədə 23 xaç basdırıblar. Xaçların üzərində isə London, Barselona, Paris və Brüsseldəki terror hücumlarında vəfat edənlərin adları yazılıb. Avropanın müxtəlif ölkələrində son dövrlərdə İslami əsərlərə hücumlar xeyli artır.

Din.az xarici mətbuata istinadən bildirir ki, irqçi PEGİDA təşkilatı paylaşımlarında “İslam nifrət və terror mənasına gəlir. Ona görə də bu gün Ensxede şəhərində “nifrət evi” tikiləcək sahədə etiraz aksiyası keçirdik. Bunun qarşısını almaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.” fikirlərini səsləndiriblər.

Qeyd edək ki, PEGİDA üzvləri dörd ay əvvəl həmin məscidin tikiləcəyi sahədə qurduqları kilsə formasında çadırın qarşısına taxdıqları taxtadan xaç işarəsinə donuz qanı çəkmişdilər.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...