Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Avropa ölkəsində dini təhqirə icazə verildi

Dini dəyərlərə təhqir kimi qəbul edilən ifadələrin istifadəsinə qoyulan qadağa ləğv edilir.

İrlandiyada dini təhqirə icazə verilib.

Din.az xəbər verir ki, keçirilən referendumda ölkə əhalisinin 65%-i din, Tanrı və dini dəyərlərə təhqir kimi qəbul edilən ifadələrin istifadəsini qadağan edən qanunun ləğvinə “Hə” cavabını verib. İngilis TV aparıcısı Stiven Fray 2015-ci ildə İrlandiyada iştirak etdiyi proqramda “Tanrı axmaqdır, ona uşaqlarda daha çox rast gəlinən ilik xərçəngi ilə əlaqəsinin nə olduğunu soruşmaq istərdim. Belə qəddar və ədalətsiz dünya üçün Tanrıya şükür edəcəyik?!” fikirlərini səsləndirmiş və onun barəsində istintaq prosesinə başlanılmışdı.

Qeyd edək ki, 1937-ci ildə qəbul edilən qanuna 2009-cu ildə müəyyən düzəlişlər edilmişdi. Təhqirə yol verən şəxsləri 25 min avro pul cəzası gözləyirdi. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...