Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Avropa ölkəsində məscidlərlə bağlı qadağa hazırlanır

Dini təşkilat və icmalara xaricdən yatırım və ianələr qadağan ediləcək.

Danimarka rəhbərliyi, dini təşkilat və icmalara xaricdən yatırım və ianələri qadağan edən qanunlayihəsini hazırlayır.

Din.az bildirir ki, Danimarka rəhbərliyi, dini təşkilat və icmalara xaricdən yatırım və ianələri qadağan edən qanunlayihəsini hazırlayır.

Danimarka Xalq Partiyasının üzvü Martin Henriksen deyib ki, xarici maliyyələnmə hökumət təfərindən “azadlıq və demokratiyanın əsaslarının pozulması” kimi qəbul edilən zaman, bu qadağanı tətbiq etmək olacaq.

“Biz, xaricdən maliyyələşmə hesabına inşa edilmiş məscidlərlə bağlı olduqca məyus olduq. Əminəm ki də, xarici ianələrə qadağa gələcəkdə pul axınını dayandıracaq”, – deyə o bildirib.

Qeyd etmək lazımdır ki, hazırda Danimarkadakı məscidlərin əksəriyyəti Türkiyə və Qətər tərəfindən maliyyələşir. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...