Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Avropa Parlamenti müsəlman ölkələrə silah satışını qadağan edəcək

Layihə Səudiyyə Ərəbistanına silah satışını qadağan etməyi nəzərdə tutur.

Layihə Səudiyyə Ərəbistanına və onun müttəfiqlərinə silah satışını qadağan etməyi nəzərdə tutur

Avropa Parlamenti (AP) Səudiyyə Ərəbistanına silah embarqosunun tətbiq olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Din.az-ın bildirdiyinə görə, Sputnik Azərbaycan “Haber7”-yə istinadla xəbər verir ki, qanun layihəsinin hazırlanması səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlıdır.

Layihə Səudiyyə Ərəbistanına silah satışını qadağan etməyi nəzərdə tutur. Hətta, sanksiyanın Yəməndəki Səudiyyə koalisiyanın bütün üzvlərinə şamil edilməsi də gündəmdədir.

AP, Qaşıqçı cinayətindən sonra qəbul etdiyi qətnamədə jurnalistin öldürülməsini sərt şəkildə pisləmiş və Səudiyyə Ərəbistanına Avropa İttifaqı miqyasında silah embarqosu tətbiq olunmasını tələb etmişdi. Layihənin hazırlanması ilə AP konkret addım atmış oldu.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib və həmin vaxtdan itkin düşüb. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalistin konsulluqda öldüyünü təsdiqləyib, lakin buna səbəb kimi diplomatik missiyada yaranmış mübahisəni göstərib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə oktyabrın 23-də Qaşıqçı işi barədə açıqlamasında səudiyyəli jurnalistin planlaşdırılmış bir cinayətin qurbanı olduğunu bildirib.

Camal Qaşıqçı öldürüldükdən sonra meyiti hissələrə parçalanıb. Jurnalistin parçalanmış meyiti hələ də tapılmayıb.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...