Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Avropada dindar müsəlmanlar xristianlardan çoxdur

Avropada dindar müsəlmanların sayının artması burada müsəlmanların çoxalması ilə yox, kilsələrə gedən xristianların sayının azalması ilə bağlıdır.

“Avropada hazırda dindar müsəlmanların sayı dindar xristianların sayından çoxdur. Bunu anlamalıyıq, islam düşmənçiliyinə son qoymalıyıq. Qitəni islamın düşməninə çevirmək olmaz”.
Belçikanın ədliyyə naziri Koen Qins Avropa Parlamentində çıxış edərkən belə deyib.

Din.az Milli.Az-a istinadən bildirir ki, Belçikanın baş nazirinin müavini Yan Yamborn isə bildirib ki, hazırda Avropanın və avropalıların edə biləcəyi ən pis iş müsəlmanlara qarşı təqiblərin başlanması, antiislam mövqelərin güclənməsidir.

“Avropada dindar müsəlmanların sayının artması burada müsəlmanların çoxalması ilə yox, kilsələrə gedən xristianların sayının azalması ilə bağlıdır. Hazırda Belçikadaa 700 minə yaxın müsəlman yaşayır. Müsəlmanlarla normal yaşamalıyıq. Kimin terrorçu, kimin də normal müsəlman olduğunu ayırmalıyıq”, – Yamborn söyləyib.

Yan Yamborn Brüssel hava limanında və metro stansiyasındakı teraktlarda 32 nəfər həlak olandan sonra “şəhərdəki müsəlmanlar rəqs edir, bayram edirlər” təki sarsaq açıqlama ilə çıxış etmiş, sərt tənqid olunmuşdu.

Aprelin 16-da isə o, Brüsselin Molenbek səmtində yaşayan müsəlmanları ötən ay polisin keçirdiyi əməliyyat zamanı asayiş keşikçilərinə hücum etməkdə suçlamışdı.
İndisə, deyəsən, o ağıllanıb: “Müsəlmanları özümüzə düşmən etməməliyik. Antiislam isteriyasına son qoyulmalıdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir