Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Avropada ən qədim müsəlman məzarları tapılıb – FOTO

Avropada ən qədim müsəlman məzarının 8-ci yüzilliyə aid olduğu və Fransanın Nimes kəndində tapıldığı bildirilir

Akademik yazıların dərc olunduğu “Plus One” jurnalında yayımlanan araşdırmada yan-yana basdırılmış 3 kişi cəsədinin istiqamətinin müsəlmanların qibləsi kimi qəbul edilən Kəbəyə tərəf dönük olduğu qeyd edilib. Bundan başqa, aparılan radyo karbon testləri ilə sümüklərin Şimali Afrika mənşəli insanlara aid olduğu təyin edilib.

musluman-mezari_8860

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, araşdırmaçılar, Bərbəri olduğu təxmin edilən 20, 30 və 50 yaşlarında olan 3 cəsədin sahiblərinin 7 və 9-cu yüzilliklərdə ərəblərin ordusuna qatılaraq Avropaya gəldiyi təxmin edilir.

musluman-mezari_7445

Məzarlar, Nimes şəhərində 2006-cı ildə inşaat işləri zamanı təsadüfən kəşf edilmiş və daha sonra uzun müddət araşdırılmağa başlanılıb.

musluman-mezari_6460

Edilən testlərin nəticəsi olaraq cəsədlərin sağ tərəfə uzadılaraq Kəbəyə doğru basdırılmış olması ölənlərin müsəlman olduğunu ortaya çıxarıb.

musluman-mezari_8421

Qeyd edək ki, bundan əvvəl Fransanın Marsilya şəhərində 13-cü yüzilliyə, Montpellier şəhərində isə 12-ci yüzilliyə aid müsəlman məzarları aşkarlanmışdı.

Müsəlmanların 8-ci yüzillikdə Avropaya gəldiyi bilinsə də, bu günə qədər bunu təsdiq edən heç bir sübut tapılmamışdı.

musluman-mezari_6405

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...