Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Avropada evlilik yaşı 16 oldu – ŞOK STATİSTİKA

Nikah yaşı ölkədən ölkəyə dəyişir.

Ölkələrindəki uşaqların qanun çərçivəsndə qorunduğunu və cinayətərin ciddi şəkildə nəzarətə alındığını irəli sürən Qərb ölkələrində evlilik yaşının 16-ya qədər düşdüyü bidirilib.

Din.az “A24.az”a istinadən xəbər verir ki, Qərb mədəniyyətinin gərçək siması üzə çıxmağa başlayır.

“Müasir qərb mədəniyyəti” adı altında gözə girən Qərb ölkələri evlilik yaşının 16-ya qədər düşdüyünü bildirib. Kanada, Portuqaliya, İngiltərə və İspaniyanın da adı çəkilən siyahıda vətəndaşlara 16 yaşında evliliyə icazə verilib. Bundan başqa, 50 ştatı olan ABŞ-ın 27-sində evlənmək üçün hər hansı yaş həddinin müəyyən edilmədiyi məlum olub.

ABŞ-da sərhəd yoxdur…

Az yaşda evlənmə ilə bağlı İslam dinini qaralamağa çalışanların maskası düşüb. ABŞ-ın 38 əyalətində gerçəkləşdirilən araşdırma zamanı 2000-2010-cu illər arasında təqribən 248 min evliliyin yaşı 18-dən aşağı olanlar arasında olduğu ortaya çıxıb. Bu illər ərzində qurulan ailələrdən 167 mininin hamısında qız uşağının olduğu və böyük əksəriyyətinin yaşı 18-dən yuxarı olan kişilərlə evləndirildiyi məlum olub. Hələ də ABŞ-ın 27 bölgəsində evlənmək üçün hər hansı yaş həddi yoxdur.

16 yaşında evlənməyə icazə verən ölkələr…

16 yaşında evlənmə icazə verən ölkələr: Avsraliya, Avstriya, Belarus, Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Çili, Kuba, Çex Respublikası, Almaniya, Fiji, İrlandiya, İtaliya, İsrail, Macarıstan, Kosova, Makedoniya, Malta, Meksika, Holladiya, Norveç, Peru, Rusiya, Serbiya, Portuqaliya, Zimbabve…

Hətta Avropada cinsi əlaqə və ya evlənmə yaşı da ölkədən ölkəyə dəyişir.

14 yaş: Avropa ölkələrindən Avstriya, Bolqarıstan, Estoniya, Almaniya, Macarıstan, İtaliya və Potuqaliyada evlilik yaşı 14-dür.

15 yaş: Fransa, Xorvatiya, Çex Respublikası, Danimarka, Yunanıstan, Polşa, Rumıniya, Slovakiya, Sloveniya və İsveçdə isə mövcud qanunlara görə evlilik yaşı 15-dir.

16 yaş: Belçika, Litva, Latviya, Hollandiya, İngiltərə, İspaniya, Finlandiya və Lüksenburq isə 16 yaş kateqoriyasında olan ölkələrdir.

17 yaş: Avropada evlilik yaşının 17 olduğu ölkələrin sayı 3-dür – Cənubi Kipr, İrlandiya və Malta.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...