Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Avropada islamçı terrorizm hökmranlıq edir – Hesabat

AB ərazisində 753 insan terrorizmin qurbanı olub.

2000-2018-ci illər ərzində AB ərazisində 753 insan terrorizmin qurbanı olub.

Din.az xəbər verir ki, bu barədə Madriddə təqdimatı baş tutan “Avropada terrorizmin ağ və qara kitabı”nda məluat yer alıb.

Qeyd olunub ki, son 18 il ərzində Avropanın sərhədlərindən kənarda baş tutan teraktların qurbanı 1115 nəfər AB vətəndaşı olub. XXI əsrin əvvəlində terrorçular ümumilikdə Avropanın 15 ölkəsinə hücum təşkil ediblər.

AB-nin terrorizmin qurbanı olan 1868 vətəndaşından 1703-ü radikal islamçı terrorçuların təşkil etdiyi teraktlar nəticəsində həlak olub. Avropalıların 111-i millətçilərin, 14-ü ultra sağçı radikalların, 13-ü ultra solçuların hücumlarının qurbanına çevriliblər. Yerdə qalan şəxslər isə naməlum motivlər əsasında törədilən teraktların qurbanı olublar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...