Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Avropada islamofobiya – Qaydalar sərtləşdirilir

Məscid və müsəlman məktəblərinin açılması qanunları sərtləşdirilir.

Belçikanın Flamandiya hissəsində qurulan yeni koalisiya hökuməti məscid və müsəlman məktəblərinin açılması qanunlarını sərtləşdirməyə hazırlaşır.

Din.az xəbər verir ki, yeni qanun layihəsinə görə, məscid açmaq üçün müraciət edənlər ən azı dörd il gözləməli olacaqlar. Həmin müddətdə məscidin maliyyə mənbəyi, xaricdəki əlaqələri və radikal qruplaşmalarla münasibətlərinə dair kəşfiyyat materialları yoxlanılacaq. Qanuna əməl etməyən məscidlərin bağlanılması üçün də hökumətə geniş səlahiyyətlər veriləcək.

Mayın 26-da Belçikada keçirilmiş ümumi seçkilərin nəticələrinə görə, ölkənin Flamandiya hissəsində sağ təmayüllü Yeni Flamandiya İttifaqı Partiyası və Flamandiya Liberal Demokratik Partiyasından ibarət hökumətin rəhbəri vəzifəsinə sabiq federal Daxili İşlər naziri Jan Jambon təyin olunub. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...