Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Avropada Muhəmməd peyğəmbərə qarşı iyrənc TƏXRİBAT

Hollandiyada yaşayan müsəlman və immiqrantlara qarşı çox sərt siyasət yeridilir.

Hollandiyada müsəlmanların peyğəmbəri Muəmməd (s) peyğəmbərin təsviri üzrə karikatura yarışı elan olunub.

Din.az xəbər verir ki, yarışın təşkilatçısı irqçilik və immiqrantlara qarşı sərt siyasəti ilə tanınan Hollandiyanın “Azadlıq” partiyasıdır.

Yarış Hollandiya parlamentində Girt Vildersin rəhbərliyi ilə yaxın aylarda keçiriləcək.

Vilders Hollandiyada yaşayan müsəlman və immiqrantlara qarşı çox sərt siyasət tərəfdarı olması məşhurdur.

O dəfələrlə ölkədə müsəlmanların müqəddəs kitabı “Qurani Kərimin” qadağan edilməsi haqda çağırışlar edib. Vildersin sözlərinə görə Hollandiyanın terrorla mübarizə agentliyi olan “NCTV” də yarışın keçirilməsinə razılıq verib.

Yarışın münsiflər heyətinin başında ABŞ-ın Texas ştatında təşkil edilən analoji yarışın qalibi Boş Favstin olacaq.

Qeyd edək ki, 2005-ci ildə Danimarkada Muhəmməd (s) peyğəmbərin təsvirinin nəşr olunması ilə müsəlman ölkələrində kütləvi etiraz mitinqləri keçirilib. 2015-ci ildə isə Fransanın “Charlie Hebdo” nəşrində analoji karikaturaların nəşr olunması terror hadisəsi ilə müşaiyyət olunub. Partlayış nəticəsində nəşrin 12 işçisi həyatını itirib. / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...