Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Avropada məscidlərin mühafizəsi gücləndirilir

“Dini əhəmiyyətli yerlərdə polis patrulu gücləndirilib”.

Fransa və Böyük Britaniya hökumətləri Yeni Zelandiyada məscidə silahlı hücumundan sonra dini obyektlərin mühafizəsini gücləndirib.

Din.az xəbər verir ki, hazırda bu ölkələrdə polis patrulu gücləndirilmiş iş rejiminə keçib.

“Dini əhəmiyyətli yerlərdə polis patrulu gücləndirilib”- deyə Fransanın xarici işlər naziri Kristof Kastaner açıqlama verib.

Britaniya polisinin əks-kəşfiyyat xidmətinin rəhbəri Nil Basu da krallıqda məscidlərin qorunmasına xüsusi diqqət ayrılacağını söyləyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...