Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Avropada müsəlman xanım hicabı qadağan edən şirkətə qalib gəldi

Şirkət müsəlman xanıma 23 min avro məbləğində kompensasiya ödəməlidir.

Fransada məhkəmə müsəlman xanımın, qovulduğu şirkətə qarşı qaldırdığı iddianı təmin edib.
Fransada məhkəmə müsəlman xanımın, qovulduğu şirkətə qarşı qaldırdığı iddianı təmin edib.

Din.az xəbər verir ki, bu haqda Fransanın “Le Parisien” qəzeti məlumat yayıb.

Məhkəmə qərar verib ki, sözügedən şirkət müsəlman xanıma 23 min avro məbləğində kompensasiya ödəsin.

Versal Apellyasiya Məhkəməsi Əsma Bounaouil adlı xanımın “Micropole” şirkətinə qarşı iddiasıyla bağlı məlum qərarı qüvvədə saxlayıb.

Məhkəmə müəyyən edib ki, müsəlman xanım qanunsuz şəkildə işdən qovulub.

Adıçəkilən müsəlman xanım “Micropole” şirkətində mühəndis-konstruktor olaraq işləyirdi və hicab taxdığına görə işdən qovulmuşdu. Bundan sonra isə, Əsma Bounaouil şirkəti məhkəməyə verib; məhkəmə prosesi 10 ildən çox davam edib.

Fransa məhkəməsə məsələ ilə bağlı Avropa İttifaqı məhkəməsindən belə yardım alıb. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...