Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Avropada müsəlmanlara qarşı daha bir təxribat – “Qurani-Kərim”i…

Avropada müsəlmanlara qarşı dini zəmində növbəti təxribat törədilib.

Danimarkada müsəlmanlara qarşı dini zəminli təxribat törədilib.

Din.az xəbər verir ki, Stram Kurs (Kəskin Sağ) partiyasının lideri Rasmus Paludan paytaxtın müsəlmanların kompakt yaşadığı məhəlləsində İslam dininin müqəddəs kitabı “Qurani-Kərim”i göyə tullayıb.

Polisin təhlükəsizlik tədbirləri altında aksiya keçirən Paludanın bu hərəkətindən sonra həmin məkanda qarşıdurma yaranıb. Əksəriyyəti gənclərdən ibarət olan aksiyaçlılar polisə daş atıb, zibil qutularını yandırıblar. Polis isə kütləni dağıtmaq üçün bibər qazından istifadə edib.

Paludan bölgədən polis nəzarəti altında uzaqlaşdırılıb.

Qeyd edək ki, Rasmus Paludan daha əvvəl Danimarka Parlamentinin qarşısında qılınan cümə namazını protest etmiş və “Qurani-Kərim” kitabını yandırmışdı.

Xatırladaq ki, daha öncə Yeni Zelandiyada müsəlmanlara qarşı qətliam törədilmişdi. İki məscidə silahlı hücum nəticəsində 50 nəfər ölmüşdü. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...