Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Avropada qan donduran İslam düşmənçiliyi

Belçikalı qadın qanını müsəlmanlara qıymadı…

Belçikada İslam düşmənçiliyi həddi aşıb. Belçikalı qadının etdikləri İslama qarşı çirkinliyin son həddi oldu.

“Din.az” xəbər verir ki, belçikalı bir qadın qan bağışlama kompaniyası ilə bağlı sosial şəbəkədəki paylaşımında “qan vermək istəyirəm, amma müsəlmanlara deyil. Buna zəmanət verə bilərsiniz?” deyə yazıb.

İslam əleyhdarı olan avropalı bir qadın, sosial şəbəkə hesabında müsəlmanlara verilməməsi şərti ilə qan bağışlanmasını bildirib.

Belçikada Qızıl Xaç müxtəlif yollarla qan vermə kompaniyası başladıb. Anvers şəhəri Qızıl Xaçı da tvitter hesabından hansı qan qrupundakıların kimlərə qan verə biləcəyi yöndə bir cədvəl hazırlayıb.

“Kimə qan verə bilərsiniz?” başlığı altındakı cədvəldə sadəcə qan qrupları arasındakı keçidlər qeyd edilib. Lakin Marion Dekker tvitter hesabından “qan vermək istəyirəm, amma müsəlmanlara deyil. Buna zəmanət verə bilərsiniz?” deyə yazıb.

Qadının yazdıqlarına çoxlu sayda sosial şəbəkə istifadəçisi sərt reaksiya göstərib. Bir istifadəçi “Qan vermək istəyirəm, amma irqçilərə deyil. Buna zəmanət verə bilərsiniz?” deyə yazarkən, başqa biri də “Müsəlmanam və qan verirəm. Qanım ehtiyacı olan hər kəs üçündür. Qızıl Xaç heç bir ayrı-seçkilik etmir. Qüsurumuza baxma” cavabını verib.

Edilən sərt reaksiyalardan sonra yazdığını silmək məcburiyyətində qalan Dekkerin Türkiyə əleyhinə də paylaşmalar etdiyi diqqət çəkib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...