Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Avropada şiəliyi yaymağa çalışan İrana zərbə: iranlı dindar həbs olundu

Share Button

İranlı dindar fəaliyyətlərini yerın altından idarə etdikləri üçün çox diqqət çəkməyiblər

İranın Balkanlarda icra etdiyi şiəliyin təbliğat fəaliyyətinə yönələn nəzarət artıb. Ciddi yoxlamalar nəticəsində şiəliyi təbliğ edən insanlardan bəziləri həbs olunub.

İranın Yaxın Şərq ölkələrində şiəliyi yayma istiqamətindəki fəaliyyətləri artıq hər kəsə məlum olsa da, Avropada bu fəaliyyət böyük nisbətdə gizlin şəkildə davam etdirilirdi.

Ancaq Balkanlarda mərkəzin icra etdiyi nəzarət gücləri son illərdir ciddi nəzarətdə altında saxladığı fəaliyyətlərin üstünü açıb.

İranlı dindar Kosovada həbs olundu…

Kosovada qeyri-hökumət təşkilatı adı altında terrorizmə maliyyə dəstəyi verən iranlı din adamı həbs olunub.

Kosovalı səlahiyyətlilər 26 iyulda nəzarət altına alınan Hazan Azeri Bejandi adlı iranlı din adamının Tehran ilə əlaqəsi olan 5 ədəd şiə təşkilatının şəbəkəsini idarə etdiyini açıqlayıb.

Bejandi, əksəriyyəti müsəlman olan bir ölkədə indiyə qədər nəzarət altına alınmış və həbs olunmuş yüksək səviyyəyə malik din adamının olduğunu söyləyib.

İranın Balkanlar və Avropadakı fəaliyyətlərinin beyni…

İranlı din adamı Bejandi, İranın Avropa və Balkanlar ilə əlaqəsini təmin edən və şiəliyin buralarda yayılması üçün maddi qaynaq təmin edən şəxs olaraq tanınır.

Bejandinin fəaliyyət şəbəkəsini idarə etdiyi insani kömək quruluşu adı altında bu vəqflərin Albaniya, Makedoniya və Bosniya Hersoqovinada da fəaliyyət göstərdiyi bildirilir.

“Terrorla mübarizə fəaliyyəti” çərçivəsində həbs olundu…

İranlı din xadimi Bejandinin həbs olunması, Kosova rəhbərliyinin ölkədəki əcnəbilər tərəfindən qurulmuş, sözdə İslami təşkilatlarla mübarizə daxilində başladıldığı əməliyyat çərçivəsində gerçəkləşdirilib.

Kosovalı idarəçilər, kosovalı gənclər radikal düşüncələrə istiqamətləndirən bütün əcnəbi qaynaqlı sözdə dini təşkilat olanlara qarşı bir mübarizə başladıb.

Kosovadakı fəaliyyətlər yerin altından idarə edilir…

İran yardım təşkilatları 1999-cu ildə müharibə bitdikdən sonra Kosovadakı fəaliyyətlərini daha da artırıb. Məktəblər və məscidlər inşa edərək burada radikal şiə təlimlərini yaymağa başlayıblar.

Kosovanın yerli qəzetlərindən olan “Gazeta Express”ın müxbiri Visar Duriqi, İranın Kosovadakı fəaliyyətlərini yer altından idarə etdiyini söyləyib.

Müxbir Duriqi “Fəaliyyətlərini yer altından idarə etdikləri üçün kosovalıların diqqətini çox çəkməyiblər. Ancaq bu hal səlahiyyətlilərin bu təşkilatlardan gəlir qaynaqlarını və xərclərinin səbəblərini açıqlamalarını istəməsi ilə əməlləri gün üzünə çıxıb”.

“Quran vəqfi” adı altında şiəliyi yaymaq…

Həbs olunan iranlı dindar Bejandi, Kosovada şiəlik fəaliyyətlərin icra edildiyi 5 təşkilatın əsas mənbəyi olan və ötən aylarda bağladılan “Quran Vəqfi”nin rəhbəri idi.

Hakimlər, Bejandinin 2005-2015-ci illər arasında qaynağı açıqlanmayan yüz minlərlə dolları qaçırtmaq iddiası ilə mühakimə olunacağını bildirib.

MÜZAKİRƏ

1 şərh Avropada şiəliyi yaymağa çalışan İrana zərbə: iranlı dindar həbs olundu üçün

  1. Rasul dedi:

    Niyə münafiqlik edirsiz vənab din.az saytının mohterem həmlarları? Diniz yoxdur bildik heç olmasa dünyada kişi kimi yaşayın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir