Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Avropada yəhudi düşmənlərinin sayı artır

Yəhudilər maliyyə və biznes sahəsində böyük təsirə malikdirlər.

Sorğu Fransa, Almaniya, Böyük Britaniya, Macarıstan, Polşa və İsveçdə keçirilib

Avropa ölkələrində təşkil edilən sorğu nəticəsində bəlli olub ki, avropalıların yarısından çoxu yəhudilərin maliyyə və biznes sahəsində böyük təsirə malik olduğuna inanır. Din.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, CNN.com tərəfindən təşkil edilən sorğuya 7 mindən artıq avropalı qatılıb.

Respondentlərin 1/4-i bu gün dünyada gedən müharibələrdə yəhudi izinin olduğuna inandıqlarını söyləyib. Rəyi soruşulanların 1/5-i isə onların media və siyasətdə böyük rola malik olduğuna inandıqlarını deyib. Sorğuda iştirak edən avropalıların 1/3-i isə faşistlər tərəfindən yəhudilərə qarşı edilən soyqırımdan xəbərsiz olduqlarını bildiriblər.

Qeyd edək ki, bu sorğu Fransa, Almaniya, Böyük Britaniya, Macarıstan, Polşa və İsveçdə keçirilib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...