Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Avropadan Kəbəyə 13 min zəvvar gedəcək

Zəvvarların 7500-ü Almaniyadan yola düşəcək

Avropanın müxtəlif ölkələrindən 6 min 500-ü Türkiyənin Diyanət İşləri Nazirliyinin vasitəsi ilə, həmçinin DİTİB ilə birlikdə təxminən 13 min zəvvar  24 avqust tarixindən başlayaraq Səudiyyə Ərəbistanına doğru hərəkət edəcək.

“Din.az” “timetürk”ə istinadən xəbər verir ki, Avropadakı zəvvarlardan təxminən 7 min 500-ü Almaniyadan yola çıxacaq.

Almaniyanın Köln şəhərindəki DİTİB mərkəzində keçirilən həcc seminarında çıxış edən DİTİB sədri Dr. Nevzat Yaşar Aşıkoğlu möminin həyatındakı ən əhəmiyyətli anlardan birinin həcc ibadəti olduğunu söyləyib.

Aşıkoğlu, gücü çatan, müəyyən maddi vəsaitə sahib olan müsəlmanın mütləq həcc fərzini yerinə yetirməsinin Allahın insan üzərindəki bir haqq olduğunu ifadə edib.

Diyanət İşləri Nazirliyinin dini xidmətlər üzrə sədri Yaşar Yiğit isə həccin adi bir turistik ziyarət olmadığını vurğulayıb.

Həccin məqsədli bir ziyarət olduğunu dilə gətirən Yiğit “bir həcc ilə tarixin dərinliklərinə gedirik. Həcc elə bir ibadətdir ki, hər daşında bir tarix olan, yaddaş olan, iz buraxan bir ibadətdir. Rəbbim bizi bu ibadəti lazımi kimi dəyərləndirən möminlərdən eyləsin” deyib.

Könldəki səfirlikdə təşkil edilən seminar salonda əyləşən zəvvarlara təşkilatçılıq, ziyarət və yerləşməklə bağlı mövzularda ətraflı məlumatların verilmsi ilə başa çatıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...